Dünyanın ən bahalı futbolçuları müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, “Transfermarkt” saytının açıqladığı siyahıda ilk pilləyə 3 oyunçu iddia edir.
Bunlar Fransa PSJ-sindən Kilian Mbappe, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Holann və İspaniya “Real Madrid”indən Cud Bellingemdir. Hər üç futbolçunun hazırkı qiyməti 180 milyon avrodur.
Bunadək Bellingemin dəyəri 150 milyon avro idi. Cari mövsümün əvvəlində Almaniyanın “Borussiya” (Dortmund) klubundan La Liqa təmsilçisinə keçın ingiltərəli yarımmüdafiəçinin qiyməti 30 milyon avro artıb.
O, “kral klubu”nun heyətində 21 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Real Madrid”lə 2029-cu ilin yayınadək müqaviləsi var.