Lionel Messinin çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunun səfərdə “Los-Anceles Qalaksi” ilə oyununa böyük maraq olub.
Teleqraf.com AS nəşrinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri 6 dəqiqəyə alınıb.
Satışlar yanvarın 11-də başlayıb və 360 saniyə davam edib. Yalnız ön cərgə üçün biletlər qalıb. Onların qiyməti isə 1500 ABŞ dollarıdır.
Qeyd edək ki, matç fevralın 6-da baş tutacaq. Daha əvvəl "Sportinq Kanzas Siti" Messiyə görə "İnter Mayami"yə qarşı keçirəcəyi oyunun stadionunu dəyişib.