16 Yanvar 09:32
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirdilər ki, çətin olan vaxtda məni qovublar. Amma belə deyil, belə olmayıb".

Teleqraf.com "Report"a istinadla xəbər verir ki , bunu "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis "ağ-qaralar"la vidalaşdığı dönəmi xatırlayıb: "Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. O, dünyasını dəyişəndən sonra geri qayıtmayacağımı dedim. Onda futbola marağım qalmadı. Mübahisə etmədik və heç bir jest etmədim. Mən qurban kimi görünmək istəmirəm. Bu həqiqətdir. Həmin gün dərhal getmişdim".

Qeyd edək ki, Adrian Mutunun "ağ-qaralar"da müqaviləsi dekabrın 24-də ləğv edilib. Komanda Monteneqrodan olan Miodraq Bojoviçə tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər