7 Aprel 19:26
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Teleqraf.com xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova 4:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə edib.


Müəllif: Teleqraf.com