17 May 16:38
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədlərin demarkasiyası prosesi uğurla başlayıb. Ermənistanda süni şəkildə təşkil olunan bəzi etirazlara baxmayaraq, proses davam edir.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, bu prosesin müəyyən çətinlikləri var:

“Düşünürəm ki, təzyiqimizi davam etdirməliyik. Ola bilsin, Paşinyanın da baş qaldıran revanşizmi yatırmaq üçün bu təzyiqə ehtiyacı var. O, etirazçılara izah etməlidir ki, başqa çıxış yolu yoxdur, Azərbaycanla üz-üzədirlər, yenidən müharibə olsa, nələrisə itirə bilərlər. Amma əsas məsələ demarkasiya probelemi və bizə məxsus olan kəndlərin qaytarılmasıdır. Hesab edirəm ki, bu proses etirazlara baxmayaraq davam edəcək. Bu etirazların arxasında kənd məsələsi yox, hakimiyyət davası gedir. Etirazçıların arxasında da daxildəki müəyyən qüvvələr var”.

Politoloq qeyd edib ki, bölgədə təxribatlar həmişə baş verə bilər:

“Uzun illər ərzində artıq bilirik ki, bu təxribatlar hər an baş verir və biz bunun qarşısını almalıyıq. Çünki təxribatsız heç bir sülh prosesi həyata keçirilmir. Əminəm ki, proses başa çatandan sonra heç bir təxribat maraqlarımıza zərbə vurmamalıdır. Çünki biz onun qarşısını həm almağa həm də təxribatçı qüvvələri neytrallaşdırmağa qadirik”.

Fikrət Sadıqov əlavə edib ki, növbəti mərhələlərdə anklav kəndlər ardıcıl şəkildə təhvil verilməlidir: “Biz bu yoldan dönməyəcəyik, axıra kimi gedəcəyik. Paşinyan və ya etirazçılar bunu başa düşməlidirlər. Əgər demarkasiya prosesi baş verirsə, deməli, anklavlar geri qaytarılmalıdır. Bunun başqa variantı ola bilməz".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər