"Galatasaray" klubu yenidən Okan Burukla müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumatda bildirilir ki, məşqçi Okan Burukla 2 illik yeni müqavilə imzalanıb. Klubun yaydığı məlumata görə, müqaviləni şərtlərinə əsasən məşqçi 2024-2025- ci illərdə 110 milyon 250 min tl qazanacaq.
Qeyd edək ki, Okan Buruk son iki ildə "Galatasaray" ilə ölkə çempionu olub