11 İyun 20:00
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanda sonuncu yoldaşlıq oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşıb. Sombatxey şəhərindəki “Haladas SportKomplexum”dakı görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz əvvəlcə oyunda 0:2 hesab ilə geri düşsə də, daha sonra geri dönüş edərək 3 qol vurub.

Oyun millimizin kapitanı Emin Mahmudov üçün əlamətdar olub. 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən futbolçu millidəki qollarının sayını 14-ə çatdırıb və Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Albaniyaya 1:3 hesabı ilə uduzub.

***

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanda sonuncu yoldaşlıq oyununu keçirir.

Teleqraf.com xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşır. Sombatxey şəhərindəki “Haladas SportKomplexum”dakı görüş Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Albaniyaya 1:3 hesabı ilə uduzub.

11 iyun

Yoldaşlıq oyunu

18:00. Azərbaycan - Qazaxıstan - 3:2 (İkinci hissə)

Qollar: Yan Voroqovskiy, 2 (0:1), Maksim Somorodov 29 (0:2), Mahir Emreli, 42 (1:2), Emin Mahmudov, 50-pen. (2:2), Toral Bayramov, 73 (3:2)

“Haladas SportKomplexum”, Sombatxey


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər