27 İyun 14:50
3 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Gürcüstan milli komandası Portuqaliya üzərində qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.

Bu, onlar üçün tarixi nəticə hesab olunur. Belə ki, gürcülər heç vaxt beynəlxalq yarışların final mərhəsinə vəsiqə qazanmamışdılar.

Qarşılaşmada daha bir diqqətçəkən məqam isə Gürcüstan millisinin heyətində çıxış edən 10 futbolçunun "Dinamo Tbilisi" futbol akademiyasının məzunları olmasıdır. 2013-cü ildən fəaliyyət göstərən akademiyanın açılışında hazırda Portuqaliya millisinin kapitanı olan Kriştianu Ronaldo da iştirak etmişdi.

Dünən isə həmin oyunçular Portuqaliyanı məğlub edərək 1/8 finala adladı.

Onlar ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə mübarizə aparacaqlar

Fotoda:

Zuriko Davitaşvili (9 nömrəli formada). 2013–2017 illərdə "Dinamo Tbilisi"nin akademiyasında çıxış edib. Daha sonra Moskovanın "Lokomotiv" klubuna transfer olunub.

Anzor Mekvabişvili (20 nömrəli formada). 2015–2019 illərdə "Dinamo Tbilisi"nin akademiyasında çıxış edib. 2019-cu ildən Rumıniyanın "Krakovia" kollektivində çıxış edir.

Georgi Koçaraşvili (6 nömrəli formada). Bir müddət "Dinamo"nun akademiyasında məşq edən futbolçu, 2020-ci ildən İspaniyanın "Levante" klubunun uğurları üçün çalışır.

Xviça Kvaratsxeliya (7 nömrəli formada). Gürcüstanın qızıl nəslinin ən dəyərli futbolçusu olan Kvaratsxeliya 2012-2017-ci illərdə "Dinamo" akademiyasında çıxış edib. O, 2022-ci ildən İtaliyanın "Napoli" klubunda çıxış edir. Onun transfer qiyməti 80 milyon avro olaraq qiymətləndirilir.

Georgi Çakvetadze (10 nömrəli formada). 2016-ci ildən "Dinamo" akademiyasının məzunu olan futbolçu 2017-ci ildə Belçikanın "Gent" klubuna transfer olunub. Son mövsumü İngiltərənin "Uotford" klubunda icarədə keçirib.


Müəllif: Pərviz