5 İyul 22:40
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmadada ispanlar 2:1 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status kvo"nu bərpa edib. Matçın əsas vaxtı heç-heçə ilə yekunlaşdığından qalib əlavə dəqiqələrdə müəyyənləşib. Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissənin sonuncu dəqiqəsində dubl edən Dani Olmo pireneyliləri yarımfinala daşıyıb.

Qeyd edək ki, İspaniya millisinin yarımfinaldakı rəqibi Portuqaliya - Fransa cütünün qalibi olacaq.

22:17

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə əlavə vaxt start götürüb.

Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmadanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq.

Qeyd edək ki, görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status kvo"nu bərpa edib.

21:47

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə növbəti qol vurulub.

Teleqraf.com xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada Bundestim hesabı bərabərləşdirib - 1:1.

89-cu dəqiqədə Florian Virts "status kvo"nu bərpa edib.

21:15

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qapılarında qol görüblər.

52-ci dəqiqədə Dani Olmo fərqlənib.

20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final görüşü başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Ştutqartdakı "MHP Arena" stadionunda keçirilir.

Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Entoni Teylor idarə edir.


Müəllif: Teleqraf.com