8 İyul 14:37
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın idman gimnastları İtaliyanın Turin şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirində 3 qızıl və 1 gümüş medal qazanıblar.

Teleqraf.com xəbər verir ki, Ağasif Rəhimov və Seyidli Raziyə (qarışıq cütlük), Daniel Abbasov və Murad Rəfiyev (kişi cütlüyü), Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidova (13-19 yaş kateqoriyası üzrə qadın qrupu) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət kişi qrupu isə ikinci yeri tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər