Futbol üzrə Amerika Kuboku yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, final oyununda Argentina və Kolumbiya milliləri qarşılaşıblar.
Təhlükəsizlik səbəbindən startı 83 dəqiqə təxirə salınan oyunun əsas vaxtında hesab açılmayıb.
Matçın taleyini uzatma dəqiqələri həll edib.
Lautaro Martines 112-ci dəqiqədə vurduğu qolla Argentina millisinə çempionluq qazandırıb.
Qeyd edək ki, Floridada, "Hard Rock Stadium"da keçirilən final oyunu bir neçə dəfə təxirə salınıb.
Minlərlə biletsiz azarkeş hasarlardan adlamağa, havalandırma şaxtalarından keçməyə çalışıb. Bu səbəbdən oyunun startı planlaşdırıldığından 83 dəqiqə gec başlayıb.