Dirəklə tullanma üzrə dünya rekordçusu isveçli Armand Duplantis Olimpiya şəhərciyində yaşamaqdan imtina edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb şəhərcikdə idmançıya uyğun otaq tapılmamasıdır.
Duplantis Tokio Oyunlarında Olimpiya çempionudur. O, dirəklə tullanmada 6,24 metr hündürlüklə dünya rekordu müəyyənləşdirib .
Qeyd edek ki, bəzi idmançılar şəhərçikdə yaradılan şəraitdən narazı qalıblar. Bunlar arasında amerikalı tennisçi Kori Qauff , avstraliyalı üzgüçü Ariarne Titmus və serb tennisçi Novak Cokoviç də var.