Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti qalmaqalı yaşanıb.
Teleqraf.com xəbər verir ki, idman gimnastikasında mükafatlandırma zamanı bayraq düzgün asılmayıb.
Turnikdə çıxış zaman yaponiyalı idmançı Şinnosuke Oka 1-ci, kolumbiyalı Anhel Baraxasa isə 2-ci pilləni tutub.
Eyni xala malik Çjan Bohen (Çin) və Tan Çia-Hun (Çin Taypeyi) bürünc medala layiq görülüblər. Mükafatlandırma zamanı qaydalara görə bu ölkələrin bayraqları yanaşı asılmalı olduğu halda, təşkilatçılar səhvə yol veriblər. Tayvanın bayrağı Çinin bayrağının altından asılıb.
Qeyd edək ki, Oyunların açılışı zamanı Olimpiya bayrağının əksinə asılması dünyada ciddi rezonans doğurmuşdu.