13 Avqust 09:14
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.

Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

22:00. “Ludoqorets” - “Qarabağ”

Baş hakim: Simon Sozza

"Ludoqorets Arena"

İlk oyun: 2:1

Qeyd edə ki, cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər