Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo yığmadakı karyerasını necə bitirməyi planlaşdırdığından danışıb.
Teleqraf.com xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə əvvəlcədən heç kimə məlumat verməyəcəyini söyləyib:
“Milli komandamı təmsil etməkdən hədsiz qürur duyuram. Bu, gerçəkləşən bir xəyaldır! Ona görə də Portuqaliya millisindən ayrılmaq qərarına gələndə əvvəlcədən heç kimə xəbərdarlıq etməyəcəyəm. Səssiz ayrılacam. Bu, mənim tərəfimdən həm kortəbii, həm də çox düşünülmüş qərar olacaq”.
Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.