9 Sentyabr 09:56
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bədii gimnastları San-Marinonun Serravalle şəhərində keçirilən “San Marino Cup”da 7 medal qazanıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Böyüklərin mübarizəsində İlona Zeynalova çoxnövçülükdə, halqa və topda gümüş, gürz və lentlə hərəkətlərdə bürünc mükafata sahib çıxıb.

Gənclərdə isə Şəms Ağahüseynova lenlə hərəkətlərdə qızıl, çoxnövçülükdə gümüş medal əldə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər