9 Sentyabr 16:03
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" hücumçusu Hamidu Keyta ilə yollarını ayırıb.

Klubdan Teleqraf.com-a verilən məlumata görə, 29 yaşlı fransalı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.

Hamidu Keyta “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

***

12:40

"Qarabağ"ın yarımmüdafiəçisi Hamidu Keyta klubu tərk edir.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 29 yaşlı futbolçunun karyerasını superliqa təmsilçisi "Konyaspor"da davam etdiriləcəyi bildirilib.

"Konyaspor"un Keytanın transferi üçün təzminat ödəməyəcək. Belə ki, sol vinger Türkiyə klubuna azad agent statusunda keçəcək.

Qeyd edək ki, 2023-cü ilin yayında "Qarabağ"a keçən fransalı futbolçunun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər