28 Avqust 18:57
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabahkı qarşılaşmada futbolçularımdan gözləntilərim böyükdür. Əzmkar və səliqəli oyun nümayiş etdirəcəklərinə inanıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Kiprin "Omoniya" klubuna qarşı keçirəcəkləri cavab görüşündən əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis ilk matçdakı nəticəni unutdurmaq istədiklərini söyləyib: “Böyükhesablı məğlubiyyətə baxmayaraq, yaxşı hazırlıq keçmişik. Nəticənin pozitiv olmasını istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik. Təbii ki, qələbə bizim üçün çox vacibdir. Futbolçularım meydana yüksək-əhvali ruhiyyə ilə çıxacaqlar. Çünki hər biri ilk oyundakı məğlubiyyəti unudub”.

R.Sadıqov Kiprdəki qarşılaşmanı komandasının ən uğursuz çıxışı hesab edib: “Bu, futboldur. Təəssüf ki, hər şey bizim istədiyimiz kimi olmur. Bəzən gözlənilməz məğlubiyyətlərlə üzləşirik. Amma düşünürəm ki, futbolun gözəlliyi elə budur. Səfərdən belə nəticə ilə ayrıldığımıza görə istər-istəməz məyusluq var. Bütün bunlara baxmayaraq, sabahkı oyuna köklənəcəyik və yaxşı nəticə üçün çalışacağıq”.

Qeyd edək ki, avqustun 29-da “Liv Bona Dea Arena”da keçiriləcək "Zirə" - "Omoniya" görüşü saat 20:00-da başlayacaq. İlk matç rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər