İstanbul nəhənglərindən olan "Fənərbağça" klubunun azarkeşləri Ali Koçun istefası üçün yürüş keçiriblər.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, azarkeşlər komandanın hazırkı prezidenti Ali Koçdan gün sonunadək istefasını tələb ediblər.
Polis nəzarəti ilə keçirilən yürüşün isə Ali Koç istefa verənədək davam edəcəyi bildirilib.
Qeyd edək ki, azarkeşlər "Fənərbağça"nın "Qalatasaray"a doğma meydanda məğlubiyyəti ilə əlaqədar olaraq Ali Koçu istefaya səsləyiblər.