15 Oktyabr 01:55
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın futbolçusu Yassin Benzianın çıxış etdiyi Əlcəzair millisi Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.

Teleqraf.com xəbər verir ki, komanda 4-cü turda səfərdə Toqo ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Benzia da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi 63-cü dəqiqədə Said Benrahma ilə əvəzlənib.

Qeyd edək ki, Əlcəzair yığması E qrupunda 12 xalla liderdir. Bu qələbə sayəsində komanda son 2 turun nəticələrindən asılı olmayaraq növbəti mərhələyə vəsiqəni təmin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər