Argentina millisinin futbolçusu Lionel Messi son məşqdə iştirak etməyib.
Bu barədə Argentina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Sağ ayağında problemi olan 27 yaşlı hücumçunun Salvadora qarşı yoxlama matçını buraxacağı gözlənilir.
Xatırladaq ki, Argentina millisinin düşərgəsində olan L.Messi bir neçə gün əvvəl də məşqi yarımçıq tərk etmişdi. Tibbi müayinədən keçən argentinalı oyunçunun durumun ciddi olmadığı bildirilmişdi./qol.az/