"Barselona" futbol klubunun hücumçusu Lionel Messi zədədən sonra ümumi qrupda məşqlərə başlayıb.
Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.
Argentinalı martın 18-də Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Siti"yə qarşı oyunda zədələnmişdi.
O, zədə səbəbindən Argentina yığmasının Salvador və Ekvadorla yoldaşlıq oyunlarını buraxmalı olub.