6 Aprel 2015 18:31
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PSJ"nin forvardı Zlatan İbrahimoviç karyerasını MLS-də davam etdirə bilər.

Teleqraf.com "Aftonbladet"in verdiyi məlumata görə, 33 yaşlı ulduz futbolçu ötən ay Parisdəki Amerika səfirliyinə immiqrasiya vizası almaq üçün müraciət edib.

"O, martın 19-da səfirlikdə idi və sənədlərini verdi", – deyə qəzet məlumat verib.

İmmiqrasiya vizası turizimdən fərqli olaraq ABŞ-a daimi əsasda getməyə imkan verir.

İbrahimoviçin fransızlarıa müqaviləsi 2016-cı ilin yayında bitir.

Rüstəm


Müəllif: