7 Aprel 2015 12:54

Yığmanın yeni baş məşqçisi Təbriz Həsənova olub.

Teleqraf.com xəbər verir ki, AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məqşçisi Mirbağır İsayevin istefasını qəbul edib. Yeni baş məşqçisi vəzifəsinə 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənova həvalə olunub.

Xatırladaq ki, Mirbağır İsayev U-17-nin Avropa çempionatının elit-raund mərhələsində uğursuz çıxışından sonra istefa vermişdi.

Rüstəm


Müəllif:
Загрузка...