8 Aprel 2015 16:36
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Mançester Siti” klubunun və Argentina yığmasının hücumçusu Serxio Aquero Madrid “Real”ının əsas transfer hədəfi olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yay transfer pəncərəsi zamanı “Kral klubu” 26 yaşlı futbolçu üçün 95 milyon avro təklif etmək niyyətindədir.

Qeyd edək ki, Aquero “Mançester Siti”nin heyətində cari mövsüm 35 oyunda 24 qol vurub, 7 qol ötürməsi edib.

Rüstəm


Müəllif: