"Real"ın ulduz futbolçusu Qaret Beyl yayda klubu tərk etmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Sunday Times" məlumat yayıb. Uelsli futbolçunun agenti artıq "Real"la danışıqlar aparıb və klub prezidenti Florentino Peresə vəd verib ki, Beyl başqa kluba yüksək məbləğə keçəcək.
Təcrübəli tarımmüdafiəçi vaxtilə "Tottenhem"dən Madrid klubuna 85 milyon funta transfer edilmişdi.
Məlumatda bildirilir ki, futbolçuya "Çelsi" və "Mançester Siti" maraq göstərir. Ancaq sözügedən klublar çətin ki, bu transferin reallaşmasında "Mançester Yunayted"lə rəqabət apara bilsinlər.
"Qırmızı şeytanlar"ın icraçı direktoru Ed Vudvord Beylin transferini prioritet məsələ sayır və buna görə hətta Di Mariyanın keçidinə xərclənən məbləğin rekordunu da təzələməyə hazırdı.
Rüstəm