19 May 2015 19:26
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ı David De Xeanın transferi üçün "Mançester Yunayted"ə ilk təklifini göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Təklifin dəyəri 20 milyon avrodu.

24 yaşlı qapıçını 2011-ci ildə məhz bu qiymətə alan "qırmızı-şeytanlar" onu 50 miylondan aşağı satmaq fikrində deyil.

Lakin De Xeanın müqaviləsi gələn yay başa çatır və o, müqaviləsinin müddətini uzatmaq istəmir. Bu səbəbdən də "Mançester Yunayted" məcburiyyət qarşısında qala bilər. "Real" isə 30 milyondan artıq ödəmək fikrində deyil.

Daha öncə bildirilirdi ki, "Real" De Xeayla şəxsi müqaviləni razılaşdırıb.

Rüstəm


Müəllif: