Droqba sözügedən qarşılaşmanın 28-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.
Teleqraf.com xəbər verir ki, London klubunun futbolçuları onu çiyinlərində meydandan çıxarıblar.
Təcrübəli forvard İngiltərə Premyer Liqasında mövsümün son turunda "Sanderlend"ə 3:1 hesabı ilə qalib gəldikləri görüşün iştirakçısı olub.
Droqba sözügedən qarşılaşmanın 28-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Ancaq London klubunun futbolçuları onu çiyinlərində meydandan çıxarıblar. Azarkeşlər həmin an ulduz futbolçunu ayaq üstə alqışlayıblar.
37 yaşlı forvard daha bir il yaşıl meydanlarda olmağı dilə gətirib. O, daha çox oynamaq istədiyi kluba keçmək istədiyini açıqlayıb.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm