25 May 2015 19:08
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasında geridə qalan 2014/2015 mövsümünün rəmzi komandası müəyyənləşib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, siyahıda ən çox "Barselona"nın futbolçuları yer alıb.

La Liqanın qalibi olan Kataloniya təmsilçisinin 5 futbolçusu mövsümün ən yaxşı 11 futbolçusu sırasına düşməyi bacarıb.

La Liqanı ikinci pillədə başa vuran "Real" siyahıda 3, "Atletiko" (Madrid), "Valensiya" və "Sevilya" isə hərəyə bir futbolçu ilə təmsil olunub.

Qapıçı: Klaudio Bravo ("Barselona")

Müdafiəçilər: Nikolas Otamendi ("Valensiya"), Jerar Pike ("Barselona"), Serxio Ramos ("Real", Madrid)

Yarımmüdafiəçilər: Serxio Buskets ("Barselona"), İvan Rakitiç ("Barselona"), Xames Rodriqez ("Real", Madrid), Anton Qrizman ("Atletiko", Madrid)

Hücumçular: Kriştiano Ronaldo ("Real", Madrid), Karlos Bakka ("Sevilya"), Lionel Messi ("Barselona")


Müəllif: