26 May 2015 18:52
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Ayntraxt" klubu baş məşqçisiz qalıb.

Qol.Az-ın "Sky Sport News"a istinadən verdiyi məlumata görə, Frankfurt təmsilçisi Tomas Şaafla yollarını ayırıb.

Geridə qalan 2014/2015 mövsümündə qarşıya qoyulan hədəfə çatmayan "Ayntraxt" rəhbərliyi çıxış yolunu baş məşqçi ilə yolları ayırmaqda görüb. Tomas Şaafı kimin əvəzləyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, "Ayntraxt" geridə qalan 2014/2015 mövsümünü 43 xalla 9-cu pillədə başa vurub.


Müəllif: