Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Ayntraxt" klubu baş məşqçisiz qalıb.
Frankfurt təmsilçisi Tomas Şaafla yollarını ayırıb.
Geridə qalan 2014/2015 mövsümündə qarşıya qoyulan hədəfə çatmayan "Ayntraxt" rəhbərliyi çıxış yolunu baş məşqçi ilə yolları ayırmaqda görüb. Tomas Şaafı kimin əvəzləyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, "Ayntraxt" geridə qalan 2014/2015 mövsümünü 43 xalla 9-cu pillədə başa vurub.