29 May 2015 13:40
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" Pol Poqbanın transferi üçün "Yuventus"la müqavilə danışıqlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb. Gənc fransızın agenti Mino Rayola kataloniyalılardan müştərisinin maaşının üçqat artımını tələb edir.

Poqba "Yuventus"da ilinə 4 milyon avro qazanır. Rayola La Liqa nəhəngindən vergilər xaric 12 milyon avro istəyir.

Belə olan halda o, "Barsa"nın ulduz futbolçusu Lionel Messidən sonra komandanın ən yüksək maaşlı oyunçusu olacaq.

Nəşr həmçinin qeyd edib ki, "Barselona" rəhbərliyi komanda daxilindəki atmosferi korlamamaq üçün Poqbanın agentinin tələblərini təmin etməkdən imtina edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər