1 İyun 2015 09:35
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Napoli" baş məşqçisi Rafael Benitesin karyerasını "Real"da davam etdirəcəyi rəsmən müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Madrid klubunun vitse-prezidenti Eduardo Fernandes de Blas azarkeşlərlə görüş zamanı məlumat verib:

"Ancelotti böyük fenomendi. Ona təşəkkür edirik. Ancaq o, istefaya göndərilənə kimi dünyanın ən yaxşı baş məşqçisi hesab olunurdu. Gələn həftədən etibarın "Real"ı Rafael Benites çalışdıracaq və o, dünyanın ən yaxşı baş məşqçisi sayılacaq".

İspan mütəxəssis ötən həftə mövsümün sonunda "Napoli"dən ayrılacağını rəsmən açıqlamışdı.

Rüstəm


Müəllif: