7 İyun 2015 20:57
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının finalında "Yuventus"la oyun (3:1) "Barselona"nın yarımmüfafiəçisi Xavi Hernandez üçün əlamətdar olub.

Xavi "Barselona"nın heyətində son matçını keçirib.

Dünənki qələbədən sonra Xavi 4-cü dəfə Çempionlar Liqasının qalibi adını qazanıb. 35 yaşlı futbolçu "Barselona"da ümumilikdə 25 kuboka sahib çıxıb.

Təcrübəli futbolçu Çempionlar Liqası ilə yanaşı, 8 dəfə La Liqada, 3 dəfə İspaniya kubokunda, 6 dəfə ölkə superkubokunda və 2 dəfə də UEFA superkubokunda çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, "Yuventus"la oyundan sonra "Barselona"dan ayrılan Xavi yeni mövsümdən Qətərin "Əl Sədd" klubunda çıxış edəcək.

qol.az


Müəllif:

Oxşar xəbərlər