22 İyun 2015 21:59
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Mladost" klubu 1950-ci ildə yaradılıb.

Ötən mövsüm Monteneqro çempionatını dördüncü pillədə başa vuran komanda tarixində ikinci dəfə Avropa Liqasında oynamaq hüququ əldə edib.

2006/2007 mövsümündən çıxış etdiyi Monteneqro yüksək liqasında heç bir titulu olmayan klubun Avropa arenasında debütü uğurlu alınıb. 2013/2014 mövsümündə ilkin təsnifat mərhələsində "Videoton" (Macarıstan), daha sonra "Senisa" (Slovakiya) klublarını mübarizədən kənarlaşdıran "Mladost" üçüncü mərhələdə "Sevilya" səddini aşa bilməyib. Hər iki oyunda rəqibinə uduzan (1:6, 0:3) Monteneqro təmsilçisi turnirlə vidalaşıb. Komandanın ilk dəfə qarşılaşacağı "Neftçi"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Momçilo Vujoseviçin sahibi olduğu klubu Aleksandr Nedoviç çalışdırır. Podqoritsa şəhərini təmsil edən "Mladost" ev oyunlarını 2 min tamaşaçı tutumuna malik stadionda keçirir. Ağ-qırmızı rəngli formalardan istifadə edən komanda əsasən yerli futbolçulardan təşkil olunub.

Qeyd edək ki, "Neftçi" və "Mladost" komandaları arasında ilk oyun iyulun 2-də, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər