"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin keçmiş həyat yoldaşı Cidem Kayalı yeni sevgilisi ilə görüntülənib.
Teleqraf.com xəbər verir ki, 57 yaşlı Kayalı hazırda özündən 18 yaş kiçik olan tennisçi Barış Ergünlə birlikdədi.
Cütlük "Hülya Avşar Tennis Cup"da jurnalistlərin önünə çıxıb. Bundan əvvəl Uğur Güven, Fatih Ergüç və Ozan Öğütlə birlikdə olan Cidem Kayalının Mustafa Dənizlidən 20 yaşında Lal adlı qızı, digər həyat yoldaşı Ercan Akından 28 yaşlı Sinan adlı oğlu var.