21 İyul 2015 11:49
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"la yollarını ayıran İker Kasilyasın agenti Santos Markes bildirib ki, Madrid klubunun ulduz futbolçusu Kriştiano Ronaldo komandanı tərk edəcək.

Teleqraf.com xəbər verir ki, "Real"la yollarını ayıran İker Kasilyasın agenti Santos Markes bildirib ki, Madrid klubunun ulduz futbolçusu Kriştiano Ronaldo komandanı tərk edəcək. O, AS nəşrinə açıqlamasında məsələyə belə münasibət bildirib:

"Real"ın prezidenti Florentino Peresdən soruşmaq lazımdı ki, niyə Kriştiano Ronaldo öz klubundan kənarda olan bir şirkətlə işləyir?

Təsəvvür edin, portuqaliyalı futbolçu imic haqlarının yarısını 40 milyon avroya "Valensiya"nın prezidenti Piter Limaya satıb. Bu, Madrid klubu adına çox pisdi, anormallıqdı.

Bu onu göstəririr ki, Ronaldo klubu tərk etməyi planlaşdırır".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər