23 İyul 2015 15:29
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus"un forvardı Fernando Lorente karyerasını onun xidmətində maraqlı olan "Real"da davam etdirmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sport Mediaset"in verdiyi xəbərə görə, 30 yaşlı ispan "Mançester Yunayted"in təklifini rədd edib və Madrid klubuna keçməyə razılıq verib.

Daha əvvəl məlum oldu ki, "Yuventus" Lorente ilə yollarını ayırmaq niyyətindədi. Çünki Turin klubu bu yay 3 hücumçu - Mario Mandjukiç, Paulo Dibala və Simone Zazanı transfer edib.

Lorentenin artıq primero təcrübəsi var. O, Bilbao "Atletik"indən "Yuventus"a keçib.

Rüstəm


Müəllif: