24 İyul 2015 10:16
1 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ilk dəfə olaraq “Stadiumconcept” memarlıq studiyasının mütəxəssisləri tərəfindən üzən stadionun layihəsi hazırlanıb.

Teleqraf.com xarici saytlara istinadla xəbər verir ki, idman qurğusu 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulub. Üzən stadion dəniz və okeanlarda böyük məsafələr qət edərək planetin istənilən şəhərində mühüm futbol çempionatının keçirilməsində əhəmiyyətli rol oynayacaq.

Layihədə ekoloji problemlər də öz həllini tapıb. Nəhəng üzən stadionun əsas enerji mənbələri su, külək və günəş olacaq. Stadionda yarışları 65 min tamaşaçı izləyə biləcək. Memarlar sözügedən layihəni idman arxitekturası tarixində maraqlı yenilik kimi dəyərləndirirlər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər