18 Aprel 2014 13:13
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Stefano Qusella turnirində iştirak məqsədilə İtaliyanın Turin şəhərində səfərdə olan "Qəbələ"nin U-15 komandasının məşqçilər heyəti "Yuventus" Futbol Akademiyasını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, akademiyanin direktor müavini Cüzeppe Geriyanın müşayiəti ilə akademiya binası və ofisləri ilə tanış olan nümayəndə heyətimiz U-19, U-16 U-15 komandalarının meydançada, U-17 komandasının isə fitness zalında məşqlərini izləyib.

Yekunda iki akademiya məşqçiləri arasında görüş keçirilib. Geriya, U-19 komandasının məşqçisi, sabiq futbolçu, dünya çempionu Fabio Qrosso və "Yuventus"un digər məşqçilərinin iştirakı ilə baş tutan görüşdə "Yuventus" Futbol Akademiyası haqqında suallar cavablandırılıb. "Yuventus" rəsmiləri bugün start götürəcək Stefano Qusella xatirə turnirində "Qəbələ"nin oyununu izləyəcəklərini bildiriblər.

Qeyd edək ki, nümayəndə heyəti sabah İtaliya çempionatının 34-cü turu çərçivəsində baş tutacaq "Yuventus" - "Bolonya" matçını izləyəcək.


Müəllif: