FİFA prezidenti Yozef Blatter Beynəlxalq Olimpiya Komitəsinin (İOC) yeni üzvlərinin seçkilərində iştirak etmək niyyətində deyil.
"Report"un "The News Tribune" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İOC-un prezidenti Tomas Bax açıqlama verib.
T.Bax bildirib ki, ali futbol qurumunun rəhbəri ona məsələ ilə bağlı məktub göndərərək yenidən üzv seçilmək istəmədiyini deyib: "Yeddi aydan sonra Blatterin fəaliyyət müddəti başa çatır. O, növbəti 8 il müddətinə yenidən üzv seçilməyi məqsədəuyğun hesab etmir".
Qeyd edək ki, Yozef Blatter 1999-cu ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. O, istənilən halda İOC-u tərk etməlidir. Çünki isveçrəli funksionerin 80 yaşı tamamlanır.