Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib.
Publika.az xəbər verir ki, günün ilk matçı Qazaxıstanda baş tutub. Burda yerli "Astana" Finlandiya HİK-ini qəbul edib. Bu komandalar arasında Finlandiyada keçirilmiş ilk oyunda hesab açılmamışdı. Qazaxlarla finlər arasında cavab qarşılaşması gərgin mübarizə şəraitində keçib. 7 qolun vurulduğu qarşılaşmada son dəqiqə qoluyla 4:3 hesabıyla qalib gələn qazaxlar pley-offa vəsiqə qazanıblar.
Günün ən maraqlı oyunlarından biri isə Ukraynada baş tutub. Burada Donetsk "Şaxtyor"u "Fənərbaxça"yla qarşılaşıb. "Şaxtaçılar" doğma Donetskdə vəziyyət qeyri-sabit olduğundan, İstanbul təmsilçisini Lvovda qəbul edib. Bu komandaların İstanbulda baş tutmuş ilk oyununda qapılara qol vurulmamışdı. Lvovdakı oyunda isə rəqibini darmadağın edən (3:0) "Şaxtyor" növbəti mərhələyə vəsiqə qazanıb. "Fənər" isə Avroliqaya yuvarlanıb.
Qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb. Ağdamlılar evdə "Seltik"lə qolsuz bərabərə qalaraq, ÇL-də mübarizəni dayandırıblar.
Mərhələnin ilk 4 görüşü bir gün öncə keçirilmişdi. Bu oyunlardan sonra "Rapid" (Avstriya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Monako" (Fransa) və APOEL (Kipr) pley-off mərhələsinə vəsiqəni təmin ediblər.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları
5 avqust
Astana (Qazaxıstan) - HİK (Finlandiya) 4:3 (ilk oyun 0:0)
Tvumasi, 44. Kanas, 47-p. Şomko, 56. Postnikov, 93 - Yallou, 4. Baah, 42. Zeneli, 86-p.
Qarabağ (Azərbaycan) - Seltik (Şotlandiya) 0:0 (0:1)
Sparta (Praqa, Çexiya) - ÇSKA (Rusiya) 2:3 (2:2)
Kreyçi, 6. Fatay, 16 - Musa, 34; 51. Dzaqoyev, 76.
BATE (Belarus) - Videoton (Macarıstan) 1:0 (1:1)
Nikoliç, 82.
Bazel (İsveçrə) - Lex (Polşa) 1:0 (3:1)
Byarnasson, 91.
Partizan (Serbiya) - Styaua (Rumıniya) 4:2 (1:1)
Baboviç, 8. Jetkoviç, 60. Jivkoviç, 69. Truyiç, 91 - Muniru, 11. Hamrun, 33.
Malmö (İsveç) - Zalsburq (Avstriya) 3:0 (0:2)
Dyurdiç, 7. Rozenberq, 14. Rodiç, 42.
Brügge (Belçika) - Panatinaikos (Yunanıstan) 3:0 (1:2)
Kools, 53. Vasqes, 58. Olare, 82.
Skenderbeu (Albaniya) - Milsami (Moldova) 2:0 (2:0)
Salihi, 16. Proqni, 55.
Viktoriya (Plzen, Çexiya) - Makkabi (Təl-Əviv, İsrail) 0:2 (2:1)
Zahavi, 76-p; 83.
Şaxtyor (Ukrayna) - Fənərbaxça (Türkiyə) 3:0 (0:0)
Qladkiy, 25. Srna, 65-p. Teyşeyra, 68.