1 Sentyabr 2015 15:15
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"dən PSJ-yə transfer olunan Anxel Di Mariya Lui Van Qalla münasibətindən danışıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Sky Sports" xəbər verib. Argentinalı yarımmüdafiəçi bunları deyib:

"Mançester Yunayted" karyeram yaxşı başladı, amma sonra zədə aldım. Hər şey normal qaydada getmədi. Meydançada mövqeyim dəyişdi. Bu məşqçinin qərarı idi. Nəticədə, mən ehtiyat skamyasında daha çox oldum, nəinki meydanda...

Van Qalla işləmək çox çətindi, çünki o, həmişə öz fəlsəfəsinin tərəfdarıdı. Hər şey ona tabe olur.

Bizim münasibətimiz əvvəlcə yaxşı idi. Daha sonra bir neçə dəfə dalaşdıq. Nəticədə biz danışmağı dayandırdıq. Belə vəziyyət futbolçulara əks təsir göstərir".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər