3 Sentyabr 2015 22:50
1 999
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi 7-ci matçına çıxacaq. Buna qədər keçirdiyi oyunlarda cəmi 4 xal yığmağı bacaran seçməmiz doğma azarkeşləri önündə qrup lideri Xorvatiya millisini qəbul edəcək.
Artıq qarşılaşma başlayıb.
Oyunda hesab açılmayıb.
Xatırladaq ki, millimiz qrup mərhələsində buna qədər keçirdiyi 6 oyunun 4-də uduzub, 1-də udub, digərində isə heç-heçə edib. Yığmamız son iki qarşılaşmada meydandan xal və xallarla ayrılıb ki, bu da Robert Prosineçkinin seçməmizə baş məşqçi təyin olunmasından sonra baş verib.
«Bakcell Arena»da baş tutacaq qarşılaşmada Prosineçkinin həmyerlilərinə qarşı necə futbol oynadacağı maraqla gözlənilir. Hər halda oyundan əvvəl verilən açıqlamalarda rəqibə qapazaltı olmayacağımız deyilirdi.
Millimizin Xorvatiyaya qarşı start heyətində Kamran Ağayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov yer alacaq. Digər bir futbolçunun adına isə oyun saatında aydınlıq gələcək. Bu, böyük ehtimalla Əfran İsmayılov olacaq. Belə ki, Prosineçki əzələsində problem olan yarımmüdafiəçi ilə söhbət edib, onun qarşılaşmada oynaya bilib-bilməyəcəyinə aydınlaşdırmalıdı.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
3 sentyabr
21:00. Azərbaycan — Xorvatiya
Baş hakim: Ruddi Buke (Fransa)
Bakı. «Bakcell Arena»

Müəllif: