“Vavel” beynəlxalq idman nəşrinin İspan dilindəki versiyası bu axşam Avropa Liqası çərçivəsinin qrup mərhələsinin ilk turu çərçivəsində oynanılacaq “Tottenhem”-“Qarabağ” matçına xüsusi yazı həsr edib.
AzərTac xəbər verir ki, yazıda Azərbaycan komandasının ötən mövsümdəki və bu mövsümün seçmə mərhələsindəki çıxışı xatırlanır. Bildirilir ki, İngiltərə klubunun favorit olmasına baxmayaraq, Ağdam klubu da öz tarixi uğurlarını davam etdirərək daha bir qələbə qazanmaq üçün çalışacaq.
“Vavel” nəşrinin fikrincə “Qarabağ”ın əsas güclü oyunçuları Reynaldo, Almeyda və İsmayılovdur.