"Real"ın ulduz futbolçusu Qaret Beyl ardıcıl 5-ci dəfə Uelsin ən yaxşı futbolçusu seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Uels Futbol Federasiyasının saytında məlumat yayılıb. 25-ci dəfə təşkil olunan mərasimdə mükafat təcrübəli yarımmüdafiəçiyə təqdim olunub.
26 yaşlı Beyl azarkeşlər və futbolçular arasında keçirilən sorğunun nəticəsinə görə ən yaxşı olub.
Qaret Beyl Uelsi millisi ilə AVRO-2016-nın seçmə mərhələsinin matçlarında 6 qol vurub.
Rüstəm