Oktyabrın 17-də növbəti turda "Rayo Valyekano"ya qarşı keçirəcəkləri oyunda iştirak edəcəklər.
Teleqraf.com xəbər verir ki, "Barselona"nın zədəli futbolçuları Tomas Vermalen və Adrianonun bərpa prosesi davam edir.
"Marca"nın verdiyi xəbərə görə, hər iki oyunçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb və oktyabrın 17-də növbəti turda "Rayo Valyekano"ya qarşı keçirəcəkləri oyunda iştirak edəcəklər.
29 yaşlı Vermalen sonuncu dəfə sentyabrın ortasında "Atletiko" ilə matçda meydana çıxmışdı.
Adriano isə zədə səbəbindən "Barselona"nın "Bayer" (2:1) və "Sevilya" (1:2) ilə keçirdiyi oyunları buraxıb.
Beləliklə, "Barsa"nın zədəliləri sırasında Lionel Messi, Andres İnyesta və Rafinya qalıb.
Rüstəm