Azərbaycan və Moldovanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü Bakı Olimpiya stadionunda keçiriləcək. Bu barədə stadionun direktoru Cavid Qarayev məlumat verib.
Publika.az xəbər verir ki, noyabrın 17-də təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq. C.Qarayev oyuna hazırlıq işlərinə oktyabrın 27-dən start verəcəklərini açıqlayıb.
Qeyd edək ki, bu, Bakı Olimpiya stadionunda keçiriləcək ikinci futbol matçı olacaq. 69 min tamaşaçı tutumuna malik arenada ilk qarşılaşma oktyabrın 10-da Azərbaycan və İtaliya milliləri arasında AÇ-2016-nın seçmə qrup matçına təsadüf edib. Həmin görüşdə qonaqlar qalib gəlib - 3:1.