2 Noyabr 2015 18:26
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Premyer Liqanın XII turunun oyun cədvəlində dəyişiklik edilib.

Teleqraf.com Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, “Qəbələ” klubunun məktubunu nəzərə alan PFL “Qəbələ” – “İnter” görüşünün 7 noyabrda yox, 9 noyabrda keçirilməsinə qərar verib. Buna səbəb “Qəbələ” klubunun 5 noyabr tarixdə Avropa Liqasının qrup mərhələsində “Borussiya Dortmund” klubuna qarşı keçirəcəyi matçdır.

Eyni zamanda, canlı yayımla əlaqədar olaraq “Zirə” – “Sumqayıt” görüşünün 6 noyabrda deyil, 7 noyabrda keçirilməsi rəsmiləşib.


Müəllif: