1 Dekabr 2015 23:52
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Los Angeles Qalaksi" klubunun futbolçusu Stiven Cerard yenidən sabiq komandası "Liverpul"a qayıdıb.

İngilis futbolçu ABŞ liqasında yaranan fasilədə formadan düşməmək üçün "Liverpul"da məşq keçəcək.

Artıq Liverpul təmsilçisi ilə məşqlərə başlayan Cerard sabiq komanda yoldaşları və baş məşqçi Yurgen Klopla bir araya gəlib. Qış fasiləsində "Liverpul"da icarə əsasında oynamasının mümkünsüz olduğunu deyən 35 yaşlı futbolçu sadəcə bir neçə həftə bu komandada məşqlərini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, 1998-ci ildən "Liverpul"un şərəfini qoruyan Cerard bu ilin may ayında ABŞ-ın "Los Angeles Qalaksi" klubuna transfer olunub.


Müəllif: